Ölçü: 14 mm x 18 mm Ümumi məlumat da qeyd edilən fiziki-mineraloji xüsusiyyətlər məlumatlandırma məqsədlidir, məhsulumuzda həmin xüsusiyyətlərə birəbir bənzərlik olmaya bilər. Xrizokolla, (CuAl)2 H2Si2O5 (OH)4 •n H2O formulu ilə tanınan mis filizi mineraldır və rombik sinqoniyada kristallaşır. Bu nadir mineral çox vaxt mis filizi yataqlarının oksidləşmə zonasında rast gəlinir və xüsusi gözəlliyi ilə seçilir. Onun rəngi zümrüd-yaşıl, yaşılımtıl-mavi və mavi tonlarında dəyişir, cizgisi isə yaşılımtıl-ağdır. Xrizokollanın parıltısı şüşə, mum, qatranı, yağlı və donuq formada olur. Şəffaflıq qeyri-şəffaf olub, bəzən yarımşəffaf xüsusiyyətə malikdir. Çatdırılma və digər qaydalar: • Məhsul yalnız həvəsləndirmə və maraq məqsədli satışa qoyulub. • Çatdırılma həftənin dördüncü günü, saat 12:00-dan 18:00-a qədər 28 may metrostansiyası yaxınlığına mümkündür. • Məhsulun geri qaytarılması isə məhsulu əldə etdiyiniz zaman baxış keçirib, geri təqdim etmənizlə mümkündür.
Bu mineralın sıxlığı 2.0-2.3 arasında dəyişir və sərtlik dərəcəsi 2-dir, bu səbəbdən kövrək xüsusiyyət göstərir. Xrizokolla, gel- və opalabənzər kolloidal, salxımvarı əmələ gəlmələr,gözəl və nadir aqreqatlarla müşahidə edilir. Ayrıca, malaxit, azurit, kalsit kimi minerallarla psevdomorfozalar da mövcuddur.
Xrizokolla əsasən, mis yataqlarının oksidləşmə zonasında tapılır. Bu mineral Rusiya, Qazaxıstan, İngiltərə və Çili kimi digər ölkələrdə də mövcuddur. Zərif rəngləri və nadir tapılması ilə, Xrizokolla bəzək əşyaları, kolleksiya və mineral həvəskarları üçün mükəmməl seçimdir.
Your experience on this site will be improved by allowing cookies.