Ölçü: 20 mm x 21 mm Ümumi məlumat da qeyd edilən fiziki-mineraloji xüsusiyyətlər məlumatlandırma məqsədlidir, məhsulumuzda həmin xüsusiyyətlərə birəbir bənzərlik olmaya bilər. Obsidian, təbii şəkildə yaranan bir vulkanik şüşə növüdür və lavanın sürətli şəkildə soyuması nəticəsində formalaşır. Bu, kristalların az inkişaf etdiyi və yüksək silisium, oksigen, alüminium, natrium və kalium kimi daha yüngül elementlərdən ibarət olan bir maqmatik daşdır. Ən çox riolitik lava axınlarının kənarlarında rast gəlinən obsidian, yüksək silisium tərkibinə malik olub və mineralların kristallaşmasını çətinləşdirir. Çatdırılma və digər qaydalar: • Məhsul yalnız həvəsləndirmə və maraq məqsədli satışa qoyulub. • Çatdırılma həftənin dördüncü günü, saat 12:00-dan 18:00-a qədər 28 may metrostansiyası yaxınlığına mümkündür. • Məhsulun geri qaytarılması isə məhsulu əldə etdiyiniz zaman baxış keçirib, geri təqdim etmənizlə mümkündür.
Obsidian bərk, kövrək və amorf bir mineraldır. Onun kəskin kənarları olduğu üçün keçmişdə kəsici və deşici alətlər hazırlamaq üçün istifadə olunub, hətta müasir dövrdə cərrahiyyə bıçaqları olaraq da istifadə edilməkdədir. Təbii olaraq qara rəngdə olsa da, tərkibindəki çirkləndirici maddələrə görə müxtəlif rənglərdə də rast gəlinə bilər.
Obsidian, əsasən vulkanik
bölgələrdə, riolitik püskürmələr nəticəsində formalaşır. O, müxtəlif yerlərdə
tapıla bilər: Argentina, Türkiyə, Çili, ABŞ, Yunanıstan və daha bir çox
ölkələrdə obsidian yataqları mövcuddur.
Your experience on this site will be improved by allowing cookies.