Ölçü: 12 mm x 15 mm Ümumi məlumat da qeyd edilən fiziki-mineraloji xüsusiyyətlər məlumatlandırma məqsədlidir, məhsulumuzda həmin xüsusiyyətlərə birəbir bənzərlik olmaya bilər. Florit, kimyəvi tərkibi CaF₂ olan kalsium florid mineralıdır. Bu mineral, müxtəlif geoloji şəraitlərdə həm hidrotermal, həm də çökmə proseslər nəticəsində əmələ gəlir. Onun yaranması, kalsium və flor ionlarının mövcudluğuna və müəyyən geoloji şəraitlərə bağlıdır. Florit nisbətən nadir olsa da, müxtəlif rənglərdə yaxşı inkişaf etmiş kristalların meydana gəlməsi sayəsində daha tanınan bir mineraldır. Bu kristallar şəffafdan yarım şəffaf olurlar və tipik olaraq kubik və ya oktahedral (altı və səkkiz tərəfli) formalarla meydana gəlir. Florit kristallarının şəffaflığı və rəngi, kristalın kimyəvi tərkibindəki müxtəlif kiçik elementlərin nəticəsidir. Bu elementlər kristalı müxtəlif rənglərdə boyaya bilər. Çatdırılma və digər qaydalar: • Məhsul yalnız həvəsləndirmə və maraq məqsədli satışa qoyulub. • Çatdırılma həftənin dördüncü günü, saat 12:00-dan 18:00-a qədər 28 may metrostansiyası yaxınlığına mümkündür. • Məhsulun geri qaytarılması isə məhsulu əldə etdiyiniz zaman baxış keçirib, geri təqdim etmənizlə mümkündür.
Florit, ən çox hidrotermal proseslər nəticəsində yaranır. Bu şəraitdə, isti və minerallar baxımından zəngin məhlullar, yer qabığındakı çatlardan keçərək, kalsium və flor ionlarını daşıyır. Bu məhlullar soyuduqca və digər minerallarla reaksiyaya girdikcə, florit kristalları çökə bilər.Florit, tez-tez kvars,sulfidlərlə (məsələn, qalenit və sfalerit) və bəzən digər flor daşıyan minerallar, məsələn, topaz ilə birlikdə əmələ gəlir.
Florit mineralları müxtəlif
rənglərdə tapıla bilər, amma tünd bənövşəyi florit ən yaxşı tanınan florit
növüdür.Florit, ultrabənövşəyi işıqlanma xüsusiyyəti ilə məşhurdur.Florit,
əsasən karbonat süxurlarında, aşağı temperaturlu hidrotermal damar
yataqlarında, həmçinin nadir hallarda peqmatitlər və qranitlərdə təsadüf
edilir.
Your experience on this site will be improved by allowing cookies.