Ölçü: 17 mm x 19 mm Ümumi məlumat da qeyd edilən fiziki-mineraloji xüsusiyyətlər məlumatlandırma məqsədlidir, məhsulumuzda həmin xüsusiyyətlərə birəbir bənzərlik olmaya bilər. Pələng gözü, şüşə parıltısı və qızılı-sarı ilə qəhvəyi rəngin gözəl qarışığına sahib olan məşhur bir daşdır. Bu daşın cazibədar parıltısı və əzəmətli görünüşü, onu zərgərlikdə çox məşhur edir. Pələng gözü, əsasən, kvars qrupuna aid bir metamorfik daşdır və içindəki amfibol liflərinin limonitə çevrilməsi ilə bu xüsusi parıltısını alır. Həmçinin, bu daşın tünd qızıl və qəhvəyi rəngləri, bir-birinə paralel düzülmüş kvars kristalları ilə yaranan təbii naxışları ilə tanınır. Çatdırılma və digər qaydalar: • Məhsul yalnız həvəsləndirmə və maraq məqsədli satışa qoyulub. • Çatdırılma həftənin dördüncü günü, saat 12:00-dan 18:00-a qədər 28 may metrostansiyası yaxınlığına mümkündür. • Məhsulun geri qaytarılması isə məhsulu əldə etdiyiniz zaman baxış keçirib, geri təqdim etmənizlə mümkündür.
Pələng gözü əsasən Cənubi Afrika və Qərbi Avstraliyada çıxarılır. Bu
daşlar, gözəl və unikal naxışları ilə hər bir bəzək əşyasına xüsusi gözəllik
qatır. Pələng gözü daşının istifadə edildiyi ən məşhur sahələrdən biri zərgərlikdir.Həmçinin,
bu daş çox sayda ölkədən-Avstraliya, Hindistan, Braziliya, Cənubi Afrika, ABŞ
və Çində çıxarılır.
Your experience on this site will be improved by allowing cookies.